Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


15.12.2017  09:15 

Daha bir bank çökdü - Əməliyyatlar dayandırılıb





A+  A-

Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.
XəzərNews.az FED.az-a istinadən xəbər verir ki, bu hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan "Dəmirbank"dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.

"Dəmirbank"ın özündən bankın "oflayn" rejimə keçməsini təsdiqləsələr də, səbəblərini izah etməkdə çətinlik çəkiblər. Bankın nümaynədəsi Tofiq Ağayev sayta əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah etməyib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edib.

Bununla yanaşı, qeyd edək ki, vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan "Dəmirbank" hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil.

Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır.

Kapitalın həcminə gəlincə, "Dəmirbank" ölkə üzrə ən pis göstəriciyə malikdir. Hazırda bankın nizamnamə kapitalı nəzərdə tutulan tələbdən 2 qat azdır -50 milyon manat əvəzinə, cəmi 25,57 milyon manat.

Bankda əmanətlərin qəbulu və kreditlərin dayandırılmasının səbəblərini açıqlamasalar da, adətən belə hallarda banklara nəzarətedici qurum mümkün riskləri azaltmaq üçün belə göstərəcilərə malik olan banklara əmanət qəbulunu qadağan edir.

Şübhə doğurmur ki, bank tezliklə kapital çatışmazlığı problemini həll etməlidir. Əks halda ya fəaliyyətini dayandırmalı, ya da başqa bank tərəfindən "udulmalıdır".

Xəbər 3313 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +