Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


05.05.2017  16:25 

Nazirliyin şöbə rəisi arvadını bıçaqladı





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib.
B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb.

Bu barədə saytımıza G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib.

Belə ki, bu il yanvarın 26-da B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu gün, yəni mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.

***

Qeyd edək ki, bir ay öncə mediada yaşlı kişinin təhqir edilərək alçaldılması barədə video yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Saatlı rayon sakini Elşən Allahyarov direktor B.Mikayılovun qəbuluna gəlib, orada isə aşağılayıcı sözlərlə təhqir olunub. Nazirlik isə bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi.

(qafqazinfo.az)

Xəbər 1593 dəfə oxunub.



30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +