Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.04.2017  14:49 

Ollanddan İlham Əliyevə məktub





A+  A-

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məktub göndərib.
XəzərNews.az xəbər verir ki, Olland bu 25 il ərzində iki ölkə arasında dayanmadan inkişaf edən və şaxələnən əlaqə qurulduğunu qeyd edib: “2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu.

Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir.

Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər.

Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək”.

Xəbər 2085 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +