“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


06.04.2018  23:37 

Nazirlərin konfransı başa çatdı





A+  A-

Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aprelin 5-6-da Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 18-ci Aralıq Nazirlər Konfransı başa çatıb. Tədbirin yekununda Bakı Bəyannaməsi qəbul olunub.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, sənəddə Azərbaycanla bağlı bir sıra mühüm bəndlər və müddəalar əksini tapıb, toplantının mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikasının xalqına və hökumətinə təşəkkür ifadə olunub.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Expo-2025-ə namizədliyi alqışlanıb və yeganə Qoşulmama Hərəkatı üzvü olaraq Expo-2025-in Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilib.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılıb və Qoşulmama Hərəkatı ölkələri bu zirvə toplantısında fəal şəkildə iştirak etməyə dəvət olunub.

Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüflərini ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.

Xəbər 1803 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +