İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


07.04.2025  15:32 

Dedi ki, 10 min prokuror və hakimə çatacaq - Şikayətçi





A+  A-

Bacısı ilə birlikdə həbsdə olan İlknur Əliyevanın daha bir cinayət əməli üzə çıxıb. Onun daha bir şəxsə qarşı 15 min manatlıq dələduzluq etdiyi məlum olub.

İlknur Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri olmuş bacısı Aytac Əliyeva ilə birgə həbs edilib. Aytac 7, İlknur isə 6 il cəza alıb. Onlar ayrı-ayrı şəxslərdən işə adam düzəltmək, iş qurmaq, rəsmi sənədləri saxtalaşdırmaq adı ilə külli miqdarda pul alıblar.

İlknur həbsdə olan zaman ondan daha bir nəfər şikayətçi olub. Oğlu həbsdə olan qadın İlknurun qurbanı olub.

Həmin şəxs avtoqəza cinayətinə görə həbs edilən oğlunun azadlığa çıxarılması üçün İlknura 15 min manat pul verib. Zərərçəkmiş şəxslə İlknur qonşu olublar.

İlknur əvvəlcə 10 min manatı prokurur və hakimə vermək adı ilə alıb. Sonra isə qalan məbləği alaraq ümumilikdə 15 min manatı ələ keçirib.

“Oğlumun həbsdən çıxarılmasına görə məni başqa şəxslər də aldatmışdı. Buna görə evimi satmışdım. İlknur qonşumuz idi və gözümüzün qabağında böyümüşdü. Zəng edib dedi ki, 10 min prokuror və hakimə çatacaq. Həmin vaxt 9 min verdim. Sonra da qalan məbləği. Oğluma 5 il 6 ay həbs cəzası verdilər. Pulumu istəyəndə dedi ki, evini satıb verəcək. Amma vermədi”, – deyə zərərçəkmiş qeyd edib.

İlknur ifadəsində özünü təqsirli bilib. Əlavə edib ki, pulu özündə saxlamaqda məqsədi iş görüb pul qazanmaq olub. Amma nə iş görə bilib, nə də camaatın pulunu qaytarıb.

Məhkəmə İlknuru dələduzluqda təqsirli bilib. Bu əməlinə görə 2 il azadlıqdan məhrumetmə cəzası təyib edilib. Əvvəlki cəzası ilə birləşdirilərək onun üzərində qəti olaraq 6 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb./Musavat.com

Xəbər 1891 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +