Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


02.04.2018  18:34 

AFFA-nı formalara görə tənqid etdilər





A+  A-

AFFA Cəbrayılın Cocuq Mərcanlı kəndində UEFA-nın maliyyə yardımı ilə futbol festivalı keçirib.
XəzərNews.az xəbər verir ki, adı "Qayıdış" olan festivalda uşaqlar futbol oynayıblar.

Lakin festivaldakı fotolar isə sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevirilib. Belə ki, orada olan azyaşlıların əynindəki formaların böyüklüyü diqqət mərkəzinə düşüb. AFFA-nın UEFA-nın maliyyə yardımı ayırmasına baxmayaraq uşaqları normal forma ilə təmin etməməsi böyük tənqid hədəfi olub.

Bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Federasiya rəsmisi məsələyə belə aydınlıq gətirdi: “Birincisi, bu turnir deyil festival idi. Turnirdə bəllidir ki, hansı yaş qrupunda uşaqlar çıxış edəcəklər. Amma festivalda bu bəlli deyil. Ona görə də orada hansı yaşda uşaqların iştirak edəcəyi əvvəlcədən bilinmirdi. Digər tərəfdən də bizdə 10 yaşından kiçik uşaqlar üçün liqalar olmadığı üçün onların əyninə olan formalar da yoxdur. Təşkilatçılar isə festival üçün müraciət edən azyaşlılara “yox” demək istəməyiblər. Onların qəlbi qırılmasın deyə iştiraklarına icazə veriblər. Onu da qeyd edim ki, həmin formalar elə uşaqlara hədiyyə edilib. Əlavə etmək istəyirəm ki, bu festival peşəkar yarış deyil. Futbolun kütləvi inkişafına dəstək festivalıdır”.

Firuz Abdulla onu da bildirib ki, UEFA Cocuq Mərcanlıda stadion tikəcək: “UEFA-nın Uşaq Fondu var. Onlar bu festivalın keçirilməsini təsdiqləmişdilər. Hətta qurum Cocuq Mərcanlıda stadion tikməyə də qərar verib. Vaxtını bilməsək də, orada bir süni örtüklü meydança tikməyin xərclərini qarşılayacaqlar”.

Xəbər 2016 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +