İki qurumdan QHT-lərə birgə MÜRACİƏT
Ukrayna PUA-larla Krasnodarı vurdu
Onlar müharibənin oduna yanacaq tökənlərdir - Sijarto
“Azəriqaz”ın vəzifəli şəxsi SAXLANILDI
Vətəndaş İcra Hakimiyyətini məhkəməyə verdi
“Heydərbabaya salam” şeirinin gücünə baxın...
Rusiya 147 PUA ilə hücum edib... - Bir gecədə
“Deyirdi ki, evdə hamınızı partladacağam...” - VİDEO
Vergi açıqladı: növbə kimindir?
Azərbaycanda iş adamı qəfil öldü - FOTO


21.01.2025  17:44 

Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar?





A+  A-

Azərbaycan hökuməti bəyan edib ki, rəsmi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılır. Bunun üçün mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr və digər strukturlarda araşdırmalar aparılır və təqsirkarlar saxlanırlar. İndiyə qədər bir sıra nazirliklərin vəzifəli şəxsləri, icra başçıları, bələdiyyə nümayəndələri korrupsiya əməliyyatları çərçivəsində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə həbs olunub.

Həbs olunan keçmiş məmurlar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri də olub. Məsələn, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz tatarov, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov və birinci müavini Tacəddin Novruzov, Yevlaxın eks-icra başçısı Qoca Səmədov və başqalarını misal kimi göstərmək olar.

Maraqlıdır ki, YAP üzvü olan bu şəxslər partiya sıralarında hələ də qalırmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, deputat Azər Badamov bildirib ki, qanuni şəkildə haqqında məhkəmə hökmü oxunmuş şəxslər partiya sıralarından kənarlaşdırılıblar.

"Hazırda istintaqı davam edən şəxslər ola bilər ki, onlar partiyadan uzaqlaşdırılmayıb. Lakin artıq korrupsioner olduğu məhkəmənin hökmü ilə təsdiq olunan şəxslər partiya sıralarından kənarlaşdırılıblar",-o deyib.

Xəbər 2185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.02.2025  12:49 

Ukrayna PUA-larla Krasnodarı vurdu

17.02.2025  12:13 

Sabah Bakıda yağış yağacaq

17.02.2025  10:46 

Vergi açıqladı: növbə kimindir?


BÜTÜN XƏBƏRLƏR +