Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


30.09.2017  11:48 

İngilis dili qəbul imtahanlarından çıxarıldı





A+  A-

Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər açıqlanıb.
XəzərNews.az bildirir ki, təhsil eksperti Kamran Əsədov yeni model barədə “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş 2019-cu ilin qəbul imtahanları üçün ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var: “ Belə ki, təmayüllər üzrə siniflər bölünəndə riyaziyyat-iqtisadiyyat, yəni II Qrup istiqamətində dərslərdə Ümumu tarix nəzərdə tutulmayıb və dərs setindən çıxarılıb .Yeni qaydalarda isə II qruplarda Ümumi tarixdə daxil olmaqla Tarix fənnindən imtahan olacaq. Əvvəllər isə Azərbaycan tarixindən imtahan olurdu.
Yəni, 2019-cu ildə şagird təmayüldə keçirilməyən fənndən imtahan verməli olacaq. Bundan başqa, 2019-cu ildə tətbiq olunacaq yenilikdə ixtisas qrupundakı fənlərdə say uyğunsuzluğu var.

DİM elan etmişdi ki, abituriyentlər 3 fəndən buraxılış, 3 fəndən də qəbul imtahanı verəcəklər. Lakin elan olunmuş ixtisas qruplarında bu gözlənilməyib. Təklif olunan yenilikdə bu vəziyyət yaranıb:

I mərhələ buraxılış imtahanları 3 fənn üzrə (Azərbaycan dili (rus dili), riyaziyyat, xarici dil)

II mərhələ I qrup (riyaziyyat, fizika, kimya) Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn və ümumi 5 fənn

II qrup (riyaziyyat, coğrafiya, tarix (Azərbaycan və Dünya tarixi) Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn. Lakin nəzərə alsaq ki, orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı-ayrı fənlərdir, Onda belə çıxır ki, 7 fənn olacaq, çünki 3 fənn də buraxılış imtahanlarındadır.

III qrup (Azərbaycan dili, Tarix (Azərbaycan və Dünya tarixi), ədəbiyyat) Burada da 7 fənn olur, çünki 3 fənn də buraxılış imtahanlarındadır.

IV qrup (kimya, fizika, biologiya) Ən çətin qrup olaraq qalacaq. Çünki 3 fərqli fəndən buraxılış və qəbul imtahanı verəcəklər ki, 4-cu qrupda həqiqətən də 6 fənn prinsipi gözlənilib”.

Onun sözlərinə görə, yeni qaydalarda uyğunsuzluq bununla bitmir: “Heç bir ixtisas qrupunda Xarici dil fənni yoxdur. Digər qrupları anlamaq olar. Amma II və III qrupda Xarici dilin olması zəruri idi. Düzdür, buraxılış imtahanlarında Xarici dil fənni var, lakin buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarının səviyyəsi ilə qəbul imtahanları eyni səviyyədə deyil . Belə ki, buraxılış imtahanları bir az sadə təşkil olunur. Çünki, buraxılış imtahanlarının iştirakçılarının heç də hamısı qəbul imtahanlarında iştirak etməyəcəklər. Onların bəzisi təhsilini orta ixtisas təhsili müəssisələrində, bir qismi də xarici ölkələrdə davam etdirəcək”.

Xəbər 1478 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +