Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO


06.02.2024  22:47 

Tahir Budaqov Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb





A+  A-

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Partiyadan Xəzərnews.az-a bildirilib ki, görüşdə Tahir Budaqov ölkəmizdəki şəffaf və demokratik seçki mühitindən bəhs edib, bütün namizədlərə bərabər imkanların yaradıldığını vurğulayıb. YAP Sədrinin müavini partiyanın seçkilərə hazırlıq işləri barədə məlumat verib, bununla bağlı YAP-ın Tədbirlər Planında nəzərdə tutulan əsas hərəkət və tədbirlərin indiyədək vaxtında və tam şəkildə icra olunduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri A.Turov qeyd edib ki, missiyanın apardığı ilkin müşahidələr seçkilərə hazırlıq işlərinin sistemli şəkildə həyata keçirildiyini göstərir. O, seçki qanunvericiliyinə uyğun olaraq bütün namizədlər üçün bərabər imkanların və ədalətli rəqabət mühitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib.

Sonda Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının fəaliyyətinin seçkilərlə əlaqədar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək missiyanın işinə uğurlar arzulayıb.

Xəbər 1560 dəfə oxunub.




13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +