Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


26.12.2021  19:49 

Əsir, yoxsa diversant?





A+  A-

Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə keçirilən görüşdə erməni tərəfdən iştirak edən nümayəndələrdən biri - Stanislavski adına İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan sözügedən görüşün bəzi təfərrüatlarını açıqlayarkən erməni əsirlərin mümkün qədər tez qaytarılmalı ollduğunu bildirib.

O, Azərbaycan nümayəndə heyətilə keçirilmiş görüşün humanitar xarakter daşıdığını, siyasi mövzulara toxunulmadığını vurğulayıb.

Marianna Mxitaryan deyib ki, Ermənistanla Azərbaycanın təhsil və mədəniyyət xadimləri 44 günlük müharibədən sonra ilk dəfə bu formatda görüşdülər.

Sitat:

“Görüş zamanı bildirdik ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər. Azərbaycan nümayəndələri bizə dedilər ki, “bəli, sizin oğullarınız mütləq evlərinə qayıdacaqlar”.

Eyni zamanda Qarabağdakı minalanmış sahələrlə bağlı istəklərini ifadə etdilər, söhbət minalanmış ərazilərin xəritələrindən gedir. Mən isə bilirdim ki, obrazlı desək, münasibətlərimizdə çoxlu mina sahələri var. İlk növbədə bu problemləri həll etmək lazımdır".

Mxitaryan qeyd edib erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır - hərbi əsirlər mümkün qədər tez qayıtmalıdırlar.

Bu qadındakı qırmızılığın hədsizliyinə baxın. Marianna Mxitaryan yaxşı bilir ki, hazırda Azərbaycanda erməni hərbi əsir yoxdur. Olanlar isə hərbi əsir deyil, diversantdırlar. Azərbaycan 44 günlük müharibədə ordumuza əsir düşən erməni hərbçillərinin hamısını qaytarıb. Diversantlara "hərbi əsiir" demək isə sadəcə həyasızlıqdır.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 6072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +