Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil


06.10.2021  14:59 

İranın Avropa və Rusiya ilə əlaqələrinin kəsilməsinə gətirib çıxaran addım





A+  A-

Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi mövqeyi Gürcüstanıda əhatə edir. Demək olar ki, Gürcüstanda Azərbaycan Türkiyə ilə birgə ortaq hərbi ittifaqda birləşə bilər.

Məhz Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisə səfəri və imzalanan sənədlər belə bir prosesin başlanmasını özündə ehtiva edir. Türkiyə, Azərbaycan və Gürcüstan Baki-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyi istiqamətində ortaq təlimlər keçirib. Bu kimi təlimlər şərti xarakter daşıyıb. Hazırda isə, ölkə ordularının inteqrasiyası və birgə əməkdaşlığını genişləndirməsi həyata keçirilir.

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq barədə sənədin imzalanması, Bakı və Tiflis arasında hərbi əməkdaşlığı yeni müstəviyə keçirəcək. Hər iki ölkə Türkiyənin yardımı ilə öz müdafiə qabiliyyətlərini inkişaf etdirəcək.

Regionda yeni bir hərbi platforma qurulur və bu platforma üçtərəfli şəkilə davam edəcək. Bir müddətdən sonra, Türkiyənin birinci olaraq Gürcüstanda sonra isə, Azərbaycanda hərbi bazası yaradıla bilər. Türkiyənin Gürcüstanla hərbi əməkdaşlığı və bu ölkəyə yardımı Tiflisi separatçı bölgələrə qarşı hərbi əməliyyatlara həvəsləndirə bilər. Təbii ki, burada ilk növbədə Rusiyanın zəifləməsi şərt olaraq qalır.

Türkiyənin hər iki ölkəyə dəstəyi NATO inteqrasiya prosesində atılan addımdır və Rusiyanın hər iki ölkəyə təzyiqlərini neytrallaşdıracaq. Gürcüstan artıq Türkiyə və Azərbaycan platformasında yer almaqla iqtisadi və hərbi inteqrasiyaya öz töhfəsini verməklə yanaşı, müttəfiqliq əlaqələrinin inkişafina mühüm rol oynayacaq.

Qeyd edim ki, Gürcüstanın İran maşınlarının ölkə ərazisinə keçidinə qadağa qoyması, İranın Avropa və Rusiya ilə əlaqələrinin kəsilməsinə gətirib çıxarıb. Bu, son günlər İran Azərbaycan əlaqələrində yaşanan böhran fonunda Tiflisin Azərbaycana dəstəyidir.
Artıq İran üçün Cənubi Qafqaz siyasəti bitib və Ermənistanla əməkdaşlığı müvəqqəti xarakter daşıyır. Çünki Azərbaycanla Ermənistan arasında mümkün münasibətlərin normallaşmasından sonra İran tam ofsaytda qalacaq. Gürcüstanın Türkiyə və Azərbaycanla birgə eyni paltformada təmsil olunması, Qərbdən rəsmi Tiflisə qarşı təzyiqlərdən də irəli gəlir. Bundan Ankara və Bakı məharətlə istifadə edir.

Qeyd edim ki, Qarabağ müharibəsindən sonra, Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ortaq və kordinasiyalı siyasəti regionda sülhün və təhlükəsizliyin təmininə, həmçinin Cənubi Qafqazda yeni bir əməkdaşlıq platformasınin yaranmasına gətirib çıxardı. Ermənistanda bu platformada yer alacaq və Qafqaz evi formalaşa bilər.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq


Xəbər 2684 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +