Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil


07.04.2018  13:26 

“BAZARIMIZ-AZARIMIZ”





A+  A-

Bir dəfə yazmışdım. Əhmədlidə nəfəs və yol kəsən bir “yarmarka” var. Ən böyük və gediş-gəlişin çox sıx olduğu avtomobil yolunun ortasında həftənin 2,5 günü ərzaq məhsulları ilə toz-tozanağın qovuşduğu bir yerdi. Yadımdadı, iki il əvvəl nə təhərsə olmuşdu, rayonun su-kanal idarəsi narazı qalmışdı. Ancaq və ancaq həftənin həmin 2,5 günü kanalizasiya aşıb-daşırdı, alverçilər uzun-boğaz sapoqlar geyinsələr də, ovuclarında qalan qəpik-quruşdan həkimə pay aparırdılar ki, bəs böyrəyimiz əldən getdi!
Bilmirəm nəydi o idarəni narazı salan? Ya əhalinin qayğısına qalırdı ki, bu üfunətə üfunət qatmaqla “yarmarka”nın olumuna son qoysun, ya satıcılara şərait yaradırdı ki, toz-torpağa batmış meyvə-tərəvəzi, əllərini bulaq kimi qaynayan və şırıldayıb axan kanal (izasiya) suyunda yusunlar. Hansısa bir lyukda tıxac yaratmışdılar, barmaqları ilə bu üzə çevirəndə kanalizasiya tutulurdu, o üzə çevirəndə açılrdı. Nə idisə çox gözəl düşünülmüşdü. Gözəl düşüncələrə yer olmadığı kimi bu unikal tədbir yerindəcə boğuldu. Ta su axıdlmadı, maraqlara qəsd yerindəcə boğuldu. İndi mən durub desəm ki, o “yarmarka”dan yığılan puldan pay göndərildi, yalan demiş olaram. Amma nə sirrdisə, ondan sonra su-kanal idarəsi yağış yağanda az qalır “yarmarka”nın başına əlavə “zontik” kimi uzansın. Və ya ürəyindən yağış suyuna sayğac qoymaq keçir.
Haşiyə: Kanalizasiya suyu kəsilmiş bu “yarmarka” az sonra başqa bir dilemma yaşamağa başladı. “Bakı” kinoteatrının yanından 7 saylı poliklinikaya qədər uzadılmış (1 km-ə qədər) “yarmarka” yavaş-yavaş kiçilməyə başladı. Lap gəldi dirəndi “kitayski zontik”in içinə. Hamı fikirləşdi ki, bəlkə DYP yuxudan ayılıb yolun bazar olmadığı qənaətinə gəlib? Bəlkə Yolların mühafizəsi adlı pikaplı və nivalı dəstə yolu mühafizə etmək niyyətindədi? Ara yerdə Hacıbalanın “parkovşiklər”i itirirdilər. Bir var bir kilometrdə alver gedən yerə 100 parkovka (və ya pul yığan canlı) aparatı quraşdırasan, bir də var cəmi-cümlətani 100 m-lik “zontik”in altında. Əlbəttə, itkilər göz qabağında idi.
Vaxt keçdi, vədə tamam oldu, əriyib məhv gedən “yarmarka” yenidən özünə gəlməyə başladı. Və dedilər ki, dil tapıblar. Kim dil tapıb, harda tapıb, necə tapıb? Allah kəsməmiş marağım məni rahat buraxmadı. Öyrəndim. Öyrəndim ki, yalançı özləri olsunlar, uzaqdan gələn bir güc qardaş yerli güc qardaşı hesaba almırmış. Yerli güc qardaş qadasını aldığım da uzaqdan gələn güc qardaşı dirəyib “zontik”in içinə ki, otur, oturmalı olduğun yerdə!
Bax beləcə, onlar ya barışıblar, ya bir-birini hesaba alıblar, nə idisə indi “bazarımız” şad-xürrəm yaşayır.
Allah xatirinə deyilməlidi: Başqa vaxtlar eşələnə-eşələnə hərəkət edən Kommunal idarə-Zibildaşıyanlar hər həftənin birinci günü sübh tezdən operativ şəkildə təmizlik işlərinə başlayırlar. “Yarmarka”dan axan pullardan zibiltəmizləyənlərin pulunu kəsmək ən axırıncı yolçuluqdu axı!

Ilqar ŞAHMAROĞLU



Xəbər 5514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +