Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO


01.11.2017  17:32 

Azərbaycan BMT Baş katibinə məktub ünvanladı





A+  A-

BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha ifşa edilib.

Məktub A/72/508-S/2017/836 nömrələri ilə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Xəbər 1640 dəfə oxunub.




13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +