Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO


22.09.2017  14:46 

Bakıya gələn erməni deputat: “Mənim anam bakılıdır, tətillərimi burada keçirirdim”





A+  A-

“Açıq danışacam. Axırıncı dəfə Bakıda 1988-ci iilin yanvarında olmuşam. O zaman mənim 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir az əvvəl idi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram. Tətillərimi burada keçirirdim”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, bildirib ki, Bakıda evi də var idi.

“Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Əgər belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üşün başqa şans tapmaq çox çətindir. Eyni zamanda azərbaycanlılar üçün Ermənistana gəlmək üşün başqa şans tapmaq çətindir”.

Xəbər 1603 dəfə oxunub.




13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +