Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.03.2025  13:51 

Lənkəranda dənizdə batanın meyiti Ənzəlidə tapılıb





A+  A-

İranın Bəndər-Ənzəli istiqamətində Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.

XəzərNews.az xəbər verir ki, İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb.

Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən, onun Mahmud İbayev olduğunu bildirirlər.

Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.

Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb. Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb. 1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları davam etdirilirdi.

Xəbər 1016 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +