Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.11.2023  15:50 

Mafiya lideri kimi təqdim olunan Tural Məmmədov Rusiyaya ekstradisiya edilib





A+  A-

Rusiya mediasında Azərbaycan mafiyasının lideri kimi təqdim olunan 17 yaşlı Tural Məmmədov Azərbaycandan Rusiyaya ekstradisiya edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş Prokurorluğu məlumat yayıb.

Gəncə qarşı Cinayət Məcəlləsinin iki maddəsi - “Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq” və “Bir qrup şəxs arasında milli mənsubiyyətə görə nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlər” maddəsi ilə ittiham irəli sürülüb.



İstintaqın ilkin məlumatlarına görə, bu il oktyabrın 15-də gənc oğlan cinayətin digər iştirakçıları ilə birlikdə yoldan keçənləri döyməyə çağırıb və onlara qarşı zor tətbiq edib. Hücum edənlər baş verənləri videoya çəkərək messencerlərdən biri vasitəsilə yayıblar.

Müəyyən edilib ki, T.Məmmədov bu il iyunun 1-dən 30-dək olan müddətdə digər tanışları ilə birlikdə “xırda bəhanə ilə iki gəncə çoxsaylı zərbələr vurub”.

Payızda Məmmədov yoxa çıxıb.

Xatırladaq ki, yoldan keçənlərin döyülməsinin təşkilatçısı axtarışa verilib və qiyabi həbs edilib.

Azərbaycanın hüquq-mühafizə orqanları Məmmədovu noyabrın əvvəllərində saxlamağa nail olub.

Xəbər 1049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +