Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.08.2017  17:18 

Azərbaycanda məşhur futbol klubunun adını dəyişdilər





A+  A-

Bakının “İnter” futbol klubun adı dəyişdirilib.
XəzərNews.az-ın məlumatına görə, komanda bundan sonra “Keşlə” adlandırılacaq.

Klubun rəsmi saytına açıqlamasında “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov bildirib ki, yaxın müddətdə hüquqi prosedurlar başa çatdırılacaq.

"Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib. Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər.
Hüquqi prosedurlar başa çatana qədər klub “Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq “Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.

Xəbər 1645 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +