Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.06.2017  13:57 

AZTV və İTV-də kadr dəyişiklikləri davam edir - Yeni təyinatlar





A+  A-

İctimai televiziyada və AZTV-də yeni təyinatlar olub.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.

Qeyd edək ki, son günlərdə adları qeyd edilən telekanallarda xeyli rəhbər şəxsin vəzifələri dəyişdirilib. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sabiq vitse-prezidenti Həsən Abdullayev İctimai Televiziyanın baş direktor müavini vəzifəsinə təyin olunub. Bundan başqa İTV-nin informasiya departamentinin direktoru vəzifəsindən çıxarılan Telman Məmmədovun yerinə direktor müavini Ələsgər Vəliyev təyin edilib. Həmçinin Gənclər, elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.

Xəbər 1283 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +