Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.04.2023  00:22 

NATO-ya üzv olmaq üçün Ukraynaya “yol xəritəsi”





A+  A-

Polşa və Baltikyanı ölkələr 2023-cü ilin iyulunda Vilnüsdə (Litva) keçiriləcək sammitdə NATO-ya üzv olmaq üçün Ukraynaya “yol xəritəsi” təqdim etməkdə israrlıdırlar. Eyni zamanda, ABŞ, Almaniya və Macarıstan buna qarşıdırlar.

XəzərNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Financial Times aprelin 6-da qapalı ödənişli lentdə yazıb.

Qəzet NATO rəsmiləri arasında dörd mənbəyə istinadən yazır ki, Alyansın üzvləri Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya konkret olaraq nə təklif edilməli olduğuna dair hələ də ümumi mövqeyə gəlməyiblər.

Mart ayında NATO-nun baş katibi Yens Stoltenberq üzv ölkələrə Kiyev üçün “praktiki və siyasi” təklifləri olan sənəd təqdim edib. NATO xarici işlər nazirləri bu yaxınlarda Brüsseldə keçirilən görüşdə bu sənəd əsasında fəal müzakirələr aparıblar.

Qərb rəsmilərindən biri nəşrə bildirib ki, müttəfiqlər siyasi nəticəyə çatmazdan əvvəl “bir neçə həftəlik gərgin danışıqlarla” üzləşəcəklər.

Alyansın bütün üzvləri razıdırlar ki, Ukraynanın NATO-ya üzvlüyü genişmiqyaslı müharibə davam edərkən müzakirə oluna bilməz.


Xəbər 1064 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +