Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


19.04.2021  11:02 

Qasım Süleymaninin müavini qəflətən öldü





A+  A-

İranın təhlükəsizlik aparatının əsas fiqurlarından sayılan general Məhəmməd Hüseynzadə Hicazi qəflətən ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

65 yaşında vəfat edən general Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandan müavini vəzifəsində çalışıb.

1956-cı ildə İsfahan şəhərində anadan olan Hicazi 1979-cu ildə İslam İnqilabından sonra SEPAH-a qoşulub və on il ərzində “Bəsic” paramilitarist könüllü milis təşkilatına rəhbərlik edib.

Hicazi qvardiyanın Livandakı qüvvələrinə rəhbərlik etdikdən sonra keçən ilin aprelində “Qüds” qüvvələri komandirinin müavini vəzifəsində çalışmağa başlayıb. İran mətbuatı onun İraq və Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak etdiyini bildirir.

Təşkilatın açıqlamasında daha ətraflı məlumat verilmədən generalın ürək xəstəliyindən öldüyü açıqlanıb.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

Xəbər 1794 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +