Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.04.2021  11:56 

Zelenski danışıqlar üçün Putinə müraciət etdi





A+  A-

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda və Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı danışıqlar üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət göndərib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Yuriy Mendel açıqlama verib. O, müraciətin hələ ki, cavablandırılmadığını qeyd edib.

Mendel sorğunun nə vaxt göndərildiyi açıqlamayıb.

“Prezident Administrasiyası, əlbəttə ki, Vladimir Putinlə danışıqlar üçün müraciət edib. Hələ bir cavab almamışıq, ancaq ümid edirik ki, bu, dialoqdan imtina deyil”,- deyə o qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi də Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsinin izah edilməsi məqsədilə Moskvaya sorğu göndərdiyini açıqlayıb.

“Təəssüf ki, Rusiya tərəfi bu cür fəaliyyət göstərmədiyini bildirərək tələbə uyğun əsaslı məlumat verməkdən imtina edib. Bununla yanaşı Rusiya tərəfi Ukraynanın təhlükəsizliyin artırılmasına yönəlmiş məsləhətləşmələrə cəlb etmək cəhdlərinə də məhəl qoymayıb. Rusiya nümayəndə heyəti Ukraynanın aprelin 10-da ATƏT-in digər dövlətlərinin iştirakı ilə keçirdiyi görüşü də boykot edib”,- deyə Ukrayna XİN-in açıqlamasında qeyd olunub.

Xəbər 2374 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +