Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.10.2020  09:15 

ABŞ-da 59 milyondan çox insan erkən səs verib





A+  A-

ABŞ-da 59 milyondan çox vətəndaş noyabrda baş tutacaq seçkilər üçün erkən səsvermədə iştirak edib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, müvafiq hesablamalar Florida Dövlət Universitetinin professoru Maykl Makdonald tərəfindən yaradılmış “United States Elections Project” portalında dərc edilib.

Portalın verdiyi məlumata görə, səsvermədə 59 035 218 vətəndaş iştirak edib. Erkən səsvermədə iştirak edənlərin sayına görə liderliyi Texas ştatı edir - 7 193 582 nəfər.

Daha sonra ardıcıl olaraq Kaliforniya (6 500 191), Florida (5 722 406), Şimali Karolina (3 100 374) ştatları gəlir. Corciya, Miçiqan, Viskonsin, Virciniya, İllinoys, Ohayo, Pensilvaniya, Tennessi, Nyu-Cersi, Arizona, Kolorado, Vaşinqton, Minnesota, Massaçusets ştatlarında isə 1 milyonu keçir.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının bütün 435 üzvü, 13 ştat və ərazi qubernatorları, həmçinin yerli hakimiyyət orqanları rəhbərləri seçiləcək. Prezident postu uğrunda respublikaçı Donald Tramp və demokrat Cozef Bayden mübarizə aparırlar.



Xəbər 1671 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +