Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


18.02.2024  13:38 

“Bizim səsimizi eşitməlisiniz” - Nazirin cavabsız qoyduğu sual...





A+  A-

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsində çıxış edib.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, o, “Transparency International”ın sədr müavini Ketakandriana Rafitosonun Azərbaycanda siyasi həbslərin olması ilə bağlı şərhini cavabsız qoyub.

“Siz Azərbaycanda COP29-a ev sahibliyi edəcəksiniz. Biz hüquq müdafiəçilərinin, iqlim dəyişikliyi fəallarının və digərlərinin həbs edildiyini eşitmişik. Ümid edirik ki, qarşıdan gələn COP29 dövründə bu kimi məsələlər səngiyəcək. Çünki siz bizim səsimizi eşitməlisiniz. İqlim dəyişikliyi qlobal məsələdir. Hər kəs buna öz töhfəsini verməlidir”, - Ketakandriana Rafitoson müzakirə zamanı söz alaraq deyib.

Muxtar Babayev çıxışını davam etdirsə də, Ketakandriana Rafitosonun həbslərlə bağlı dediklərinə münasibət bildirməyib.

Xəbər 1742 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +