Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.01.2020  14:17 

Bakının iki rayonunda evlər qeydiyyata alınacaq





A+  A-

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31-də Nizami və Xətai rayonlarında təşkil ediləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

Nizami rayonunda səyyar qeydiyyat yanvarın 27-də B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, yanvarın 28-də E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı yanvarın 29-da “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, yanvarın 31-də isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.
Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidirlər.

Xəbər 1740 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +