Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


29.09.2019  10:14 

Hakimliyə namizədlərin imtahanı olub





A+  A-

Test imtahanından 60 və daha artıq bal toplayaraq müsabiqənin növbəti mərhələsinə buraxılmış 158 nəfər hakimliyə namizədlə sentyabrın 28-də Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib.
XəzərNews.az xəbər verir ki, hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl hazırlanacaq imtahan suallarının sayı ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul edilib.

Bundan sonra Hakimlərin Seçki Komitəsi imtahan keçirilən binada, özünün qapalı iclasında sualları hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacaqıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaq.

Xəbər 1432 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +