Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


26.09.2019  08:43 

Qapı-qapı gəzib su filtri satanlarla bağlı - Açıqlama





A+  A-

"Su filtrləri satanlar istehlakçıları aldatmaqla məşğuldurlar".
XəzərNews.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İTV-də yayımlanan "3D" verilişində qonaq olan zaman deyib.

Onun sözlərinə görə, "Azərsu"nun su filtri satışı ilə məşğul olan şirkətlərə qarşı tədbir görməsi üçün səlahiyyəti olmasa da, mütəmadi olaraq təbliğat işləri aparılır:

"Əgər suyun tərkibini iki dəmir, TDS-lə öyrənmək mümkündürsə, niyə dövlətlər milyonlar xərcləyib laboratoriya qururlar? Siz eşitmisizmi ki, Bakıda sudan kütləvi zəhərlənmə, yaxud da ölüm olsun? Bu TDS suda ümumi həll olunmuş duzların miqdarını göstərir. Bu gün bizim qüvvədə olan standarlarımıza əsasən, bu göstərci 1500-ə qədər olduğu halda içməyə yararlıdır. Dünya səhiyyə təşkilatının standartlarında isə bu göstərici 1000-ə bərabərdir. Bu gün bizim Abşeron yarımadasına 5 mənbədən verdiyimiz sularda bu göstərici 500-ü keçmir. Bakıda satılan filtrlərin çoxu əks osmos tiplidir. Bunlar cod suların yumuşaldılmasına hesablanmış qurğulardır. Nəticədə suyun tərkibində olan minerallar məhv olur və ölü suya çevrilir".

Qeyd edək ki, son illərdə su filtri satışı ilə məşğul olan şirkətlərin işçiləri qapı-qapı gəzərək TDS (total dissolved solids) və elektrolizlə demo nümayiş etdirirlər. Suyun elektroliz nəticəsində çirkləndiyini görən vətəndaşlar filtr almağa razı salınır.

Xəbər 1540 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +