Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.06.2017  12:08 

Yağışdan sonra çaylardakı vəziyyət necədir?





A+  A-

Respublikanın çaylarında sululuq səviyyəsinə görə vəziyyət açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 31 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 420 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 232 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 25, Bankədə 15, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm (2016-cı il iyunun 16-da 405 sm), Şirvanda 269 sm, Salyanda 162 sm (2016-cı il iyunun 16-da 190 sm), Bankədə 196 sm (2016-cı il iyunun 16-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2016-cı il iyunun 16-da 115 sm) təşkil edir.

Xəbər 1688 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +