Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.01.2024  21:18 

XİN başçıları arasında telefon danışığı olub





A+  A-

12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub.

Xəzərnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

Ötən ilin ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.

Daha sonra, qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//Apa

Xəbər 1854 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +