Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.01.2020  11:58 

Məmmədyarovla Mnatsakanyanın növbəti görüş yeri açıqlandı





A+  A-

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş tarixi və məkanı açıqlanıb.
XəzərNews.az-ın “sputnik Ermənistan”a istinadən xəbərinə görə, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşü yanvarın 29-30-da Cenevrədə baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Onun sözlərinə görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş mövzuları müzakirə edəcəklər.

Xatırladaq ki, tərəflər sonuncu dəfə 2019-cu il dekabrın əvvəlində ATƏT Xarici İşlər Nazirlərinin Bratislavada keçirilən zirvə görüşü çərçivəsində görüşmüşdülər.

Xəbər 1866 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +