Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.12.2019  17:42 

Erkin Qədirli: “Deputat seçilsəm, 4 halda mandatdan imtina edəcəm”





A+  A-

“Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum. Burasını uzatmayım, qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram”.
XəzərNews.az-ın məlumatına görə, bunu ReAl Partiyasının rəhbərliyində təmsil olunan hüquqşünas Erkin Qədirli bildirib.

O bildirib ki, iki aydan sonra hər şey aydın olacaq.

“Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:

1) ATƏT-in mənfi rəyi;
2) dairəmdə karusel və/və ya bülletendoldurma;
3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;
4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması.

Doğrusu, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmirəm. Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar (bəzilərinin belə işlərdə təcrübələri də var).

1-ci bənddəki hal daha ciddidir. ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bununla bağlı ayrıca danışasıyam”.

Xəbər 1993 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +