Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


05.05.2022  11:20 

Jurnalist xanım Prezidenti evinə dəvət etdi - Məktub





A+  A-

SÖZÜMÜZ İMZAMIZDIR! TARİX YAZAN İMZA! Bu yazının yarımbaşlığı çox söz deyir, amma niyə onu yerinə yetirmirlər?

2019-cu ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanı öz evimdə qonaq görmək istədiyim haqda qəzetdə və sosial şəbəkələrdə yazmışdım.

Xeyli vaxt keçməsinə baxmayaraq mənim bu istəyim hələ də yerinə yetməyib. İndi də bu fikrimdən daşınmamışam. Rəhmətlik Heydər Əliyev Lerikli Xanış kişinin dostu idi. Mən də bir Lerikli, talış qızı olaraq Prezidenti elə Abşeron rayonunun Masazır kəndində təmtəraqdan uzaq evimdə qonaq görmək istərdim. Bu, mənim həyatda ən böyük istəklərimdən biridir.

Artıq neçə illərdir ki, öz-özümə prezidentlə xəyallarımda danışa-danışa dolaşmaqdan yorulmuşam. Onsuz da ölkəmizdə bütün işləri Prezident həll edir, məmurları yox. Belə olmasa idi yazdığım çoxsaylı məktublara cavab alardım, ya da düyünə salınmış o işlər öz həllini tapardı. “Talış” sözünü oxuyan kimi çoxları alerğiyaya tutulur, niyəsini heç özləri də bilmirlər. Odur ki, əvvəlki fikrimdə qərarlıyam, Prezidentlə görüşüb ümumi problemlərimiz haqqında danışmağı özümə borc bilirəm.

Prezidentə və xanımına dəbdəbəli süfrə açan deyiləm, zatən onların buna ehtiyacı yoxdur. Sadəcə arzum bir çay süfrəsi arxasında oturub bizim talış xalqının milli şirniyyatı olan “Zerən” lə çay içərək Azərbaycanın, eləcə də talışların problemlərindən səmimi söhbət etməkdir.

Bu görüşdə çoxlu suallarıma cavab tapacağıma əminəm.

Birinci sualım elə qəzetimin baş səhifəsində olan Prezidentin nitqindən çıxan cümlə olacaq. “Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər”.

Soruşacağam ki, Cənab Prezident, nədən “DODO” redaksiyasının rəsmi məktubları məmurlarınız tərəfindən cavabsız qalır?

Axı niyə Sizi, bizi narahat edən problemlər xalqına yuxarıdan aşağı baxan, ancaq öz ciblərini doldurmaqla məşğul olan məmurlar tərəfindən vaxtında həll olunmur? Nədən sizin tarix yazan sözünüzü pozurlar?

İradə Dodonun həmişə təbliğ etdiyi cənab Prezident, görünür hələ o etimadı qazanmamışam ki, bizə qonaq gələsiniz, baxmayaraq ki, mən bütün şüurlu həyatımı Azərbaycan dövlətinə, dövlətçiliyə həsr etmiş insanlardan biriyəm. Həyat yoldaşım Məlikov Rövşən Nazir oğlu da torpaqlarımız uğrunda, xüsusi təyinatlı hərbi hissədə vuruşub və I Qarabağ müharibəsi veteranıdır. Biz xalqın içindən çıxan sadə bir ailəyik, talış olmağımızla, azərbaycanlı olmağımızla fəxr edirik.

Siz bizim haqqımızda, talışlar haqqında bəzi qəzetlərdə, saytlarda gedən qərəzli, həqiqəti əks etdirməyən xəbərlərə inanmayın, elə yazıların məqsədi qaşınmayan yerdən qan çıxarmaq, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Biz talışlar həmişə dövlətçiliyə sadiq insanlarıq və bunu müqəddəs torpaqlarımızı qoruyarkən də şəxsi həyatımızı qurban verməklə sübut etmişik. Bunu görmək istəməyən nankor insanlar Talış torpağına getsin, gənc talış balalarının Şəhidlər xiyabanında səf-səf düzülmüş, al-qırmızıya boyanmış, nişan xonçaları ilə bəzənmiş məzarlarını görsün və bizə düşmən münasibətindən utanıb xəcalət çəksinlər.

Cənab Prezident!

Mən yenə əvvəlki fikrimdə qalıram. Sadə evimizdə Sizi və xanımınızı görməyə çox şad olardıq.

Dərin hörmətlə,
İradə Məlikova
“DODO” qəzetinin baş redaktoru,
Azərbaycanda yaşayan xalqları birliyə çağıran
20-dən artıq kitabın müəllifi


Xəbər 1703 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +