15.02.2017 12:19
2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb.
XəzərNews.az-ın xəbərinə görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib ki, ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan qida məhsullarının sayı 10 998, qeyri-ərzaq məhsullarının sayı isə 4484 olub.
Onun sözlərinə görə, ərzaq və qeyri-ərzaq məhsulları fiziki və hüquqi şəxslər tərəfindən gətirilir. Şöbə müdiri vurğulayıb ki, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: “Türkiyə, Rusiya, Ukrayna, habelə Almaniya, Fransa, İtaliya və digər ölkələrdən gətirilən məhsullar daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.
N. Saleh əlavə edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar haqda məlumat Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Onun sözlərinə görə, bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.
|
09.03.2025 17:40
09.03.2025 17:35
09.03.2025 16:10
Rus Çarının dostu “Putin İlham” özümüzü kəsən qılınca necə çevrildi?
09.03.2025 15:09
09.03.2025 14:45
09.03.2025 13:00
Həm İcbari Tibbi Sığorta, həm də Gəncə Beynəlxalq Xəstəxanası - Bir ölümün izi ilə...
09.03.2025 11:51
09.03.2025 11:45
09.03.2025 11:33
09.03.2025 11:02
09.03.2025 10:49
İmamoğludan Ərdoğana: “Sənin dövrün başa çatdı, əgər vicdanın varsa, çağırışıma cavab ver"
09.03.2025 10:41
09.03.2025 10:30
09.03.2025 10:26
09.03.2025 10:20
09.03.2025 10:17
09.03.2025 01:12
09.03.2025 01:06
09.03.2025 01:04
09.03.2025 01:01
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
09.03.2025 00:36
08.03.2025 14:52
08.03.2025 14:46
08.03.2025 13:49
08.03.2025 13:44
08.03.2025 13:24
Sədrin işdən azad etdiyi Fərid Hüseynov yenidən iş başında...
08.03.2025 13:18
08.03.2025 12:48
08.03.2025 12:45
08.03.2025 12:43
08.03.2025 11:07
08.03.2025 10:57