Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi
Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib


04.06.2019  17:32 

Narkotiki 55 minə satmaq istədilər





A+  A-

Bakıda 55 000 manata narkotik satmaq istəyən şəxslər saxlanılıblar.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.

Binəqədi rayonunda keçirilən əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Samir Babayev və Lənkəran şəhər sakini Vüqar Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10,188 qram heroini 55000 manata satmaq istəyən zaman saxlanılıblar. İstintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Dəstənin daha bir üzvü Beyləqan rayon sakini Osman Əhmədov da tutulub. Saxlanılan şəxslərə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqram 015 qram, O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqram 022 qram satış üçün nəzərdə tutulan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı dəstə üazvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1103 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +