Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi
Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib


03.05.2019  10:21 

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı





A+  A-

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, mayın 2-də RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 25 yaşlı Eşqin Paşayev saxlanılıb. Onun atasına məxsus avtomobildə daşıdığı, eləcə də yaşadığı evdə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan əlavə onun yaşadığı evdən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan, qanunsuz olaraq saxladığı 1 ədəd “ Vinçestr” markalı ov tüfəngi və həmin silaha məxsus 130 ədəd karteç, eləcə də 1 ədəd pnevmatik tipli tapança, bir ədəd sandıq və 371 ədəd qırma aşkar edilərək götürülmüşdür.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 32 yaşlı Nicat Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman kibrit qutularında və kağız bükümlərdə 13,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə də baxış keçirilib.

Oradan isə ümumi çəkisi 608 qramdan artıq qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 1389 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +