Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


12.12.2020  09:11 

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı





A+  A-

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb. Səfirə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına yazdığı iddiaların hər iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi və bununla da İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb.

Bundan başqa, belə bir yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın əlaqələrə münasib olmadığı, bu əlaqələri pozmaq istəyən dairələrin maraqlarına xidmət edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeir səbəbindən Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə çağırılmışdı.

Xəbər 3313 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +