Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


16.09.2018  11:57 

Okeanı “ağıllı” yelkənlər təmizləyəcək





A+  A-

Avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşğul olan Fransanın “Airbus” şirkəti dəniz yük daşınmaları üçün “Airseas” bölməsi yaradıb.
XəzərNews.az “Technote”yə istinadən xəbər verir ki, şirkət dəniz səyahətlərini daha effektiv etməyə, eyni zamanda okeanın çirklənməsini azaltmağa imkan verən “ağıllı” yelkənlər təqdim edib.

“Airbus”ın dəniz yük daşınmalarının çox hissəsi ABŞ və Avropa arasında şirkət təyyarələrinin daşınmasına cəmlənib.

Bu yük gəmilərinə hər birinin sahəsi 1000 kvadrat metr təşkil edən yeni “ağıllı” yelkənlər quraşdırılacaq. Yelkəndən istifadə küləyin əlavə hərəkət qüvvəsi hesabına yanacağın istehlakını aşağı salacaq. Beləliklə, okeana atılan yanacağın tullantılarının miqdarını, nəticə etibarilə dənizin flora və faunası üçün təhlükəli karbon izlərini əhəmiyyətli dərəcədə azaldacaq.

“Ağıllı” yelkənin daxilində yelkənlərin açılması üçün uyğun zamanı və yeri müstəqil müəyyən edən tənzimləyici və sensorlar dəsti qurulub. Yelkən açıldıqdan sonra hava şəraiti, küləyin gücü və istiqamətini nəzərə alaraq gəminin hərəkətinə kömək etməyə başlayır. Yelkənin açılması və lazım olmadıqda bağlanması prosesində insan əməyindən istifadə olunmur. Sistem tamamilə avtonomdur.

Qeyd edək ki, “Airbus” 2030-cu ilədək böyük ticarət gəmilərinin minimum 10 faizində bu kimi yelkənlər quraşdırmağı planlaşdırır. Mütəxəssislərin hesablamalarına görə, yelkəndən istifadə ümumi xərclərə il ərzində 20 faizə qədər qənaət etməyə imkan verəcək.

Xəbər 3165 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +