Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI


29.09.2025  12:51 

“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”





A+  A-

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb. Əvvəllər belə qərarları Tarif Şurası verirdi. İndi bu addımı nazirliyin atması, məsuliyyətin üzərinə götürülməsi müsbət sayılsa da, ümumilikdə Konstitusiyaya zidd olan Tarif Şurası ləğv edilməlidir.

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfəliyə çıxış edib.

N.Cəfəli qeyd edib ki, nazirliyin qiymət artımı ilə bağlı açıqlaması vətəndaşları narazı salır: Sitat “İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib”.

İqtisadçı hesab edir ki, son illərdə ictimai nəqliyyatda dəfələrlə qiymətlər artırılıb, amma bu, xidmət keyfiyyətinə müsbət təsir göstərməyib:

“Qiymət artımı bacarıqsız idarə etmənin, qeyri-şəffaf xərcləmələrin nəticəsidir və vətəndaşın üzərinə əlavə yükdən başqa bir məna daşımır. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır, amma hökumətin məntiqində ilk addım həmişə qiymətləri artırmaq olur.”

Natiq Cəfəli əlavə edib ki, nağd ödənişlərdə qiymətlərin artırılmaması da diqqət çəkir:

“Deməli, nazirliyin burada öz marağı var. Bu yolla nağd ödənişlərin təşviq edildiyi görünür.”

Onun sözlərinə görə, son 15 ildə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı 55-dən çox təklif veriblər:

“Biz dəfələrlə sübut etmişik ki, ödəniş zamana bağlı olmalıdır. Saatlıq, günlük, aylıq, illik biletlər tətbiq edilməli, müddət artdıqca qiymət aşağı düşməlidir. Təəssüf ki, mədəni yanaşma qəbul edilmir, bildikləri tək yol vətəndaşı yükləməklə öz problemlərini həll etməkdir.”

Xəbər 3292 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +