Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.03.2019  16:21 

Martın 3-də milli parklara giriş pulsuz olacaq





A+  A-

“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
XəzərNews.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.

“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir.

“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var;

1. Abşeron Milli Parkı

2. Altıağac Milli Parkı

3. Şahdağ Milli Parkı

4. Samur-Yalama Milli Parkı

5. Şirvan Milli Parkı

6. Hirkan Milli Parkı

7. Ağgöl Milli Parkı

8. Göygöl Milli Parkı

9. Qızılağac Milli Parkı

10. Zəngəzur Milli Parkı.

Xəbər 1952 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +