Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.09.2017  17:46 

“Çətin qrupa düşmüşük” - Baş məşqçi püşkatmanı şərh etdi





A+  A-

“İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdu”.
XəzərNews.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında AVRO-2018-in final mərhələsinin püşkatmasını dəyərləndirib:

“Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı pley-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. Onu da qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, Sloveniyada keçiriləcək yarışda yığmamız İspaniya və Fransa ilə görüşəcək.

Xəbər 1639 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +