Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


06.04.2025  20:32 

Mehriban Ələkbərzadə: Mən ev vermirəm...





A+  A-

Azərbaycan Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə sosial şəbəkələrdə və saytlarda haqqında yazılanlara münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, M.Ələkbərzadə məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldığını bildirib:

"Məsmə Aslanqızı qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə EV-dir! Teatr məni evlə təmin etməlidir. Mən anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o dedi ki, 20 Yanvar şəhidinin qızı kimi mənə Ev düşür. Teatr bu məsələni - siz bu məsələni həll etməlisiniz!

Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm ki, hətta 20 yanvar Şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə... Bax belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir".


Bədii rəhbər onun vətəndaşlıq mövqeyini sorğu-sual edənlərə də cavab verib:

"Az-çox mənim yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, mən milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, Böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var”- silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Mənim yetərincə məhz Vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda Şəhid olan insanlardan bəhs edirdi".


Xəbər 1142 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +