Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


25.01.2024  11:21 

AQTA laboratoriyasında qiymətlər niyə bahadır?





A+  A-

"Minimum əmək haqqının 345 manat olduğu bir ölkədə yağı analiz etmək üçün 118 manat ödəməliyəm".

Bunu tanınmış tərcüməçi Sevinc Gültən yazıb.

O, AQTA-nın (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) laboratoriya qiymətlərinin bahalığından şikayətlənib:

"Kərə yağını kənddən alıram. Yeməyi də kərə yağıyla bişirirəm. Camış yağı satan qadına inanıram, satdığı yağa da inanıram, tam əminəm ki, heç nə qatmır. Camış yağı ağ olur, ona nəsə qatılsa, onsuz da hiss olunacaq. Camış yağı çox olmur. Məcbur olub inək yağı da almalı oluram. İnək yağının başına min oyun açırlar. Qapıbir qonşumuz, həm də qohumumuz yağın başına min oyun açıb mənə satırmış. Sarı rəngli yüz cür yağ var, belə yağları qatırlar”.

O bildirib ki, aldığı yağları laboratoriyada yoxlatmaq qərarına gəlib:

“Keçən ay AQTA-nın qaynar xəttinə zəng etdim, laboratoriyanın ünvanını verdilər. Bir aydan çoxdur Qida TəhlükəsizliyiAgentliyinin qaynar xəttindən (1003) operatorun verdiyi şəhər nömrəsinə zəng edirəm, boş yerə konturum gedir, cavab verən yoxdur. Nəhayət, bu gün 1003 qaynar xəttinin operatorundan xahiş etdim, yağı yoxlatdıracağım ünvanı dedi. Nə qədər nümunə və nə qədər pul ödəcəyimi soruşdum. Aldığım cavab məni şoka saldı.

Minimum əmək haqqının 345 manat olduğu bir ölkədə yağı analiz etmək üçün 118 manat ödəməliyəm. Nümunə üçün isə 200 qram yağ aparmalıyam. Ağlamalıdır, elə deyil? Görəsən yağı analiz edərkən hansı qiymətli maddələrdən istifadə edirlər?"/"Cebhe.info"

Xəbər 4891 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +