Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


31.10.2023  20:04 

İstirahət mərkəzinin gölü hasarlaması narazılıq yaratdı - Video





A+  A-

Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün ətrafı hasarlanıb.

Bununla bağlı sosial şəbəkə istifadəçisi Rəhman Seyidzadə feysbuk səhifəsində paylaşım edib.

Ərazidən video paylaşan vətəndaş bildirib ki, bu süni gölün ətrafı 3 il əvvələ qədər açıq olub: “Çox gözəl mənzərəsi olan yerdir. Düz meşənin içində yerləşir. Bura rahat gəlib piknik edirdik. İndi isə “Macara Lake Park” istirahət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları buranı bağlayıb. İnsanlara icazə verilmir ki, bura gəlib istirahət etsinlər. Əvvəllər belə deyildi. Hər kəs sərbəst şəkildə dincəlirdi. Mənə elə gəlir ki, bu, qanunsuzdur. Heç vaxt buna icazə verilə bilməz”.

Məsələ ilə bağlı İkinci Nügədi Kənd Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Alim Mütəllimov saytımıza açıqlamasında bildirdi ki, Çənlibel gölünün ərazisi “Macara Lake Park” tərəfindən icarəyə götürülüb: “Düzdür, əvvəllər ora dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdı. Hazırda isə bu istirahət mərkəzi ərazini icarəyə alıb və bununla əlaqədar yanlarını hasarlayıb. Buna səbəb əraziyə kənar şəxslərin daxil olmaması və göldə batma hallarının qarşısının alınmasıdır. Çünki bir neçə il əvvəl yay aylarında buradan çimərlik adı ilə istifadə edən 3 nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün batıb. Artıq təxminən 4-5 ildir ki, gölün ətrafı hasarlanıb”./“Qafqazinfo”



Xəbər 1884 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +