Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


07.07.2022  18:33 

Qazi özünü niyə yandırıb? - Şikayətlərinə baxılmır...





A+  A-

"I və II Qarabağ müharibəinin qazisi Məmmədov Yunis Yusif oğlu dünən Ağcabədi rayon Polis Şöbəsinin qarşısında özünü yandırıb. Buna səbəb şikayətlərinə baxılmaması olub. Məmmədov Yunis Yusif oğlunun əvvəlcə müddəti bitmiş əlilliyini kəsiblər".

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı qazini xəstəxanada ziyarət edən Xural TV-nin rəhbəri Əvəz Zeynallı paylaşıb.

Ə.Zeynallı bildirib ki, Sahil Babayevin nazirliyinə yaxın olan İsmayılov Rafiq adlı birisi tərəfindən aldadılıb:

"Sənə ömürlük əlillik düzəldirəm" iddiası ilə adamın 4.500 manatını əlindən alıb və vermir. 5 gündür son şikayətinə cavab verilmir. Etiraz isə özünü yandırmaq olub.
Elə dünən də Məmmədov Yunis Yusif oğlunu Bakıya, 5 saylı xəstəxanaya gətiriblər".

Ə.Zeynallı bildirib ki, dünən işdən çıxıb evə çatırdım ki, mənə zəng etdilər:

"Dedilər ki, qazimiz "yalnız Əvəz Zeynallının kanalına danışmaq istəyirəm" deyir. Getdik təbii ki... 27 dəqiqəlik bir reportaj hazırladıq, həyat yoldaşı danışdı, 28 ildir əlil və xəstə olan həyat yoldaşına bir dəfə yardım olunmadığını dedi. Ürəkparçalayıcı bir mənzərə var. Qazimizə sahib çıxmaq lazımdılr...

Youtube çəkdiyimiz videonu vermədi. Bir neçə dəfə yüklədik, silindi. Anladıq ki , youtube-nin qaydalarını pozuruq. Hələ yaxşı ki, youtube bizə daha ağır cəza vermədi. Niyyətimizin pis olmadığını anladı.

Qazinə sahib çıx, Azərbaycan!"



Xəbər 1652 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +