Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


31.08.2023  11:22 

Priqojinin biznes ortağı Vasili Bojkov həbs edilib





A+  A-

Bolqarıstanda “Wagner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin keçmiş biznes ortağı, biznesmen Vasili Bojkov həbs edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə and Telegraph biznesmenin vəkili Stojan Baumeierə istinadən məlumat verib.

Vəkilin sözlərinə görə, Bojkov öz istəyi ilə geri dönüb. O, izah edib ki, avqustun 23-dək iş adamının təhlükəsizliyi üçün BƏƏ səlahiyyətlilərindən ölkəni tərk etmək icazəsi olmayıb.

Bolqarıstanda Bojkova qarşı “mütəşəkkil cinayətkar qruplaşmaya rəhbərlik etmək”, “qətl”, “hədə-qorxu ilə tələb etmə”, “bir neçə nəfəri öldürməyə təhrik”, “qadını zorlamağa cəhd” kimi 20-yə yaxın ittiham irəli sürülüb.

Avqustun 26-da Bojkovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi zamanı prokuror həbsin zəruriliyini iş adamının ölümünə qədər Priqojinlə, eləcə də Rusiyanın digər vətəndaşları ilə fəal yazışması ilə əsaslandırıb.

Prokurorluq sənədlərində göstərilir ki, Bojkovun Krımda oyun şirkətinin 51%-nə sahib olduğu, həmçinin Priqojinlə biznes qurduğu bildirilir.

Amerika hakimiyyətinin fikrincə, Bojkov Bolqarıstan rəsmilərinə rüşvət verib, bunun məqsədlərindən biri Rusiya Federasiyasının ölkə rəsmilərinə təsir kanalını təşkil etmək olub.

Həbsindən sonra Bojkov Facebook-da yazıb ki, “Bolqarıstanda ədalət yoxdur”.

Xəbər 1187 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +