15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı


22.11.2022  10:44 

Departament Türkiyənin Suriya və İraq əməliyyatı ilə bağlı...





A+  A-

ABŞ Dövlət Departamenti Türkiyənin Suriya və İraqın şimalındakı terrorçu hədəflərə qarşı "Pəncə-Qılınc" Hava Əməliyyatı ilə bağlı açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyənin İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı təşkil etdiyi "Pəncə-Qılınc" Hava Hərəkatı, terror təşkilatı YPG/PKK-nın Qaziantepin Karkamış mahalı və Kilisdə mülki əhalini hədəf alan hücumları ilə bağlı yazılı açıqlama verib.

Pentaqon açıqlamasında bildirib ki, əməliyyat İŞİD-ə qarşı mübarizə və qruplaşmanın dirçəlməsi kimi ortaq məqsədləri təhdid edir, Suriyada vəziyyəti qeyri-sabitləşdirir, İraq qüvvələri ilə koordinasiya olmadan hərbi fəaliyyətlər həyata keçirməklə İraqın suverenliyini pozur:

"Biz Suriyada dinc sakinləri qorumaq və İŞİD-i məğlub etmək üçün ümumi hədəfi dəstəkləmək üçün gərginliyin azaldılmasına çağırırıq. Biz İraqda İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.

Qeyd edək ki, bəyanatda Türkiyədə mülki şəxsləri hədəf alan raket hücumları pislənilməyib.

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 798 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +