15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı


24.08.2021  15:28 

Ermənistan parlamentində dava - Video





A+  A-

Bu gün Ermənistan parlamentində hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramı müzakirə edilib.
XəzərNews.az xəbər verir ki, iclasda fasilə zamanı siyasətçilər arasında mübahisə yaranıb.

Bu zaman mübahisə foyedən çəkiliş aparan erməni KİV nümayəndələrinin gözündən yayınmayıb. Bildirilir ki, mübahisə Ermənistan parlamentinin sədri Alen Simonyan, “Vətəndaş müqaviləsi” partiyasından olan vitse-spikerləri ilə “Ermənistan” blokunun sədri Seyran Ohanyan və blokun katibi Arçvik Minasyan arasında olub. Mübahisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Bununla yanaşı, deputatlarla parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava meydana gəlib. Belə ki, "Şərəfim var" partiyasının deputatı Anna Mkrtçyan "Vətəndaş müqaviləsi" partiyasının millət vəkillərini "kapitulyant"ın tərəfdarları adlandırıb. Bunun ardınca isə Alen Simonyan mühafizəçilərə Anna Mkrtçyanı iclas zalından çıxarmağı tapşırıb. "Ermənistan" və "Şərəfim var" partiyalarının millət vəkilləri Mkrtçyanı dövrəyə alaraq mühafizəçilərə mane olmaq istəyiblər və nəticədə dava yaranıb.



Xəbər 2695 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +