Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


28.01.2021  16:12 

İranda “Sputnik V”nin istifadəsinə icazə verildi





A+  A-

İran Səhiyyə Nazirliyinin nəzdindəki dərman və qida məhsullarına nəzarət təşkilatı Rusiyanın “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib.
XəzərNews.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur açıqlama verib.

“Qamaleya Tədqiqat İnstitutunun inkişaf etdirdiyi “Sputnik V” peyvəndinin təcili istifadəsinə icazə verildi”,- deyə Cahanpur rəsmi tvitter hesabında bildirib.

O həmçinin qeyd edib ki, İran hazırda Hindistan, Çin və Rusiyadan gətirilən digər peyvəndlərin öyrənilməsinə davam edir.

Xatırladaq ki, daha əvvəl İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı Rusiyanın “Sputnik V” peyvəndinin İranda uğurla qeydiyyata alındığını və Tehranın tezliklə Rusiya Federasiyasının iştirakı ilə peyvəndin birgə istehsalına başlayacağını açıqlamışdı.

Xəbər 1931 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +