Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


01.09.2020  16:54 

Navalnının son vəziyyəti haqda açıqlama





A+  A-

Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi günlərdir komada olan Aleksey Navalnının vəziyyətini dəyərləndirib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, nazirliyin anesteziologiya və reanimasiya üzrə baş mütəxəssisi İqor Molçanov siyasətçidə müşahidə olunan səbəbsiz və xarici təsir əlamətlərinin qeydə alınmadığı koma hallarının kifayət qədər yayğın praktika olduğunu bildirib.

O, bu cür halların çox tez-tez baş verdiyini qeyd edərək sözlərinə belə davam edib: “Bir qayda olaraq, bunlar həm insult, həm də kəskin koronar sindromla, eyni zamanda qan dövranının aritmogenik tutulması ilə əlaqələndirilə bilən, öz-özünə bərpa olan, lakin ağır hipoksiyaya yol açan koma vəziyyətləridir”.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü.

Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko Navalnının analizlərində heç bir zəhər tapılmadığını açıqlamışdı: “Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”.

Lakin “Şarite” klinikası avqustun 24-də rus müxalifət liderinin zəhərləndiyini təsdiqləmişdi. Qeyd olunmuşdu ki, hazırda həmin klinikada süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb.



Xəbər 1719 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +