Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


04.12.2019  17:32 

Almaniya Rusiyaya nota verdi





A+  A-

Rusiyanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Spiegel” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Berlində Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətli ilə əlaqədar səfirə nota verilib.

Xatırladaq ki, çeçen mənşəli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvili bu il avqustun 23-də Berlinin Moabit rayonundakı bir parkda killer tərəfindən başına yaxın məsafədən atəş açılmaqla qətlə yetirilib. Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.

Araşdırmalar nəticəsində məlum olub ki, Z. Xanqoşvili 2000-ci illərdə “İkinci Çeçen-Rus müharibəsi” zamanı Rusiyaya qarşı mübarizə aparıb və Gürcüstan kəşfiyyatının əsas agenti olub. 2000-ci ildən axtarışda olan və Avropada gizlənən terrorçunu Rusiya tərəfi tələb etsə də, onun ekstradisiyasına müsbət cavab verilməyib.

Xəbər 1472 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +