15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı


29.07.2019  15:31 

Türkmənistanda Prezidentin ölüm xəbərinə görə həbslər başladı





A+  A-

Türkmənistan polisi və təhlükəsizlik qurumları paytaxt Aşqabadda və bölgələrdə Prezident Qurbanqulu Berdiməhəmmədovun səhhətinin ağır olması və ya ölümü haqqında yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.
XəzərNews.az-ın “Xronika Turkmenistana” nəşrinə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində 3 Türkmənistan vətəndaşı saxlanılıb.

Qeyd edək ki, Q. Berdıməhəmmədovun öldüyü barədə ilk məlumat 20 iyulda gecə saatlarında “YouTube”da yayılıb. Yazıçı Akməhəmməd Velsapar tərəfindən yayılan məlumat sosial şəbəkələrdə geniş ajiotaja səbəb olub.

Növbəti gün isə Avrasiya Məsələləri Monitorinq Mərkəzinin direktoru, siyasətçi Aslan Rubayev dövlət başçısının öldüyü barədə məlumat yayıb. Lakin o, elə həmin gün səsləndirdiyi səhv informasiyaya görə hər kəsdən üzr istəyərək bildirib ki, onu bu haqda məlumatlandıran mənbə də bunu təkzib edib.

Daha sonra Türkmənistanın Rusiyadakı səfirliyi də xəbəri təkzib edib.

Bundan başqa, “Lenta.ru” saytı Türkmənistanın siyasi mühitindəki mənbələrə istinadən məlumat yayaraq onun ağır xəstə olan anası Oqulabat Berdımuhəmmədovanın yanına yollandığını bildirib.

Lakin Prezident iyulun 24-də dövlət televiziyasında görünüb. 15 iyuldan məzuniyyətdə olan dövlət başçısı Ahal vilayətində tikiləcək “Aşqabad siti” adlı yeni şəhərin layihəsini təsdiqləyib. Bu, Berdıməhəmmədovun ölümü ilə bağlı çoxsaylı məlumatlar yayılandan sonra ilk ictimai çıxışı olub.

Xəbər 1533 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +